İspaniyanın "Valensiya" klubunun baş məşqçisi Ruben Baraxa "Brügge"dən icarəyə götürülmüş Roman Yaremçukun performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, AS Baraxanın dediklərini belə çatdırıb:
"O, "Valensiya"ya yay transfer pəncərəsinin son günündə keçib. Mövsümə bizimlə hazırlaşmayıb. Yaremçuk Ukrayna yığması ilə də çox səfərlər edib və uyğunlaşma baxımından çətinlikləri var.
Hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümidliyik. "Selta"ya qarşı (0:0) pis oynamadı. Bizə faydası dəyə bilər".
Daha öncə "Valensiya"nın ciddi uyğunlaşma problemi yaşayan Romana yardımçı olmaq üçün onu sosial layihələrə cəlb etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, sözügedən futbolçunun icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat