Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul etdi. Tərəflər hərəyə 2 qol və 1 xalla kifayətləndilər. "Boz qurdlar"ın təcrübəli qapıçısı Kamal Bayramovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qalib gəlmək istəyirdik. Ön xətdə daha da sürətli və kəsərli olmaq üçün böyük qüvvə ilə hücumlar edirdik. Diqqətsizlik iki top geriyə düşməyimizə səbəb oldu. Buna baxmayaraq, təslim olmadıq. Yaxşı mübarizəli oyun oldu. Top itkilərindən sonra qısa zaman kəsiyində olan presinqlərimiz çox yaxşı alındı. Təəssüf ki, qalib gələ bilmədik. Yalnız qələbə isdəyirdik".
Nahid Məmmədov