"Barselona"nın baş məşqçisi Xavi "Atletiko" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Barselona" yaxşı oynadı. "Atletiko" ikinci hissədə təzyiq etsə də, ola bilsin ki, bu, cari mövsüm sərgilədiyimiz ən yaxşı oyun idi.
Joau Feliksin necə işlədiyini, rəqib futbolçulardan top aldığını, uğurla mövqe seçdiyini və Kanselu ilə yaxşı anlaşdığını görmək xoş oldu. O, xoşbəxt, aktiv və razı təsir bağışlayır. Özünə demişdim ki, təmkinli olmalıdır. Çünki ifrat motivasiya bəzən əks təsir göstərir. Feliks çox ağıllı oynadı.
Joaunun transfer hüquqlarına yiyələnəcəyikmi? Bu sualı klub rəhbərliyinə ünvanlamaq daha yaxşı olar. Biz ondan çox razıyıq. Yaxşı çalışır və yaxşı oynayır. Feliks bizim cokerimizdir. Onu komandada görməyimə şadam".
Qeyd edək ki, 15 tura 34 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Nihat