13:04 04.12.2023 749

"İkinci Liqanın tələblərinə cavab verən hər şeyimiz var" - Vüqar Nadirov

Region Liqasının ən iddialılarından olan "Haypers" sözügedən çempionatda Şimal zonası üzrə B qrupunda çıxış edir. Mövsümün 1-ci turunda səfərdə İCBFA-nı 3:0 hesabı ilə yenən komandanın 5 əvəzləməni 3 deyil, 4 dəfəyə həyata keçirdiyi üçün texniki məğlubiyyət alsa da, növbəti turda "Dalğa Arena"da "Şirvanovka"nı 6:0 hesabı ilə yendi. İkinci Liqaya yüksəlməyə ən real namizədlərdən sayılan komandanın baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb həm texniki məğlubiyyət, həm də "Şirvanovka" ilə matç barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk matçımızdan öncə yüksək səviyyəli açılış tədbiri təşkil olunmuşdu. Klubun sahibi Ayaz Abdullayev istər stadiona azarkeşlərin cəlb edilməsi, istərsə də digər məsələlərdə mümkün olanın ən yaxşısını etmişdi. Əlbəttə, startda texniki məğlubiyyət almaq xoş olmadı. Ancaq bu da futbolun bir parçasıdır. İstənilən komandanın başına gələ bilər. Təcrübə baxımından faydalı tərəfi də var. Texniki məğlubiyyətdən dərs çıxardıq.

İkinci oyunumuzu da yaxşı komandaya - "Şirvanovka"ya qarşı keçirdik. "Şirvanovka"ya 6 qol vursaq da, rəqibin mübarizə əzmini alqışlayıram. Bura elə liqadır ki, hər matçda əziyyət çəkməli, bütün gücünü meydanda qoymalısan. Bütün rəqiblərimizə hörmətlə yanaşır və bütün oyunlara 3 xal üçün çıxırıq. Asan rəqib yoxdur". 

Nadirov gələcək planları barədə də məlumat verdi: "Məqsədimiz İkinci Liqaya vəsiqə qazanmaqdır. Rəhbərlik komandaya çox yaxşı şərait yaradıb. İkinci Liqanın tələblərinə cavab verən hər şeyimiz var. Biz də çalışmalıyıq ki, rəhbərliyin əziyyətini yerə vurmayaq. Region Liqasında olsaq da, hər şeyə peşəkar yanaşırıq. Futbol oynadığım dönəmdə rəhbərliyi altında çıxış etdiyim mütəxəssislərin - Qurban Qurbanovun, Berti Foqtsun, Roman Qriqorçukun və başqalarının hərəsindən nəsə öyrənmişəm. Peşəkar futbolda topladığım təcrübəni komandaya aşılamağa çalışıram. Qışda 5-6 yeni oyunçu ilə güclənməyi hədəfləmişik. Allah qoysa, hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X