"Mançester Siti"nin ulduzu Erlinq Holand cəzalana bilər.
Fanat.Az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, norveçli forvardın "Tottenhem" ilə (3:3) oyunda hakim Simon Hoperə qarşı davranışı ona baha başa gələ bilər.
O, referinin Cek Qrilişin qapıçı ilə təkbətək çıxdığı epizoda mane olmasına emosional reaksiya verib.
Norveçli Tvitterdə "WTF" başlığı ilə epizodun videosunu yerləşdirib, lakin sonradan onu silib. Bununla belə, İngiltərə Futbol Assosiasiyasının nizam-intizam komitəsi bu anı qeydə alıb və artıq araşdırmaya başlayıb. Qurumun hücumçunu bir neçə matçlıq məcburi "istirahət"ə göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Holand 14 turda 14 qol vuraraq İPL-in bombardiridir.
Mirağa