Maltanın Valetta şəhərində UEFA tərəfindən seminarda Azərbaycan təmsilçiləri də iştirak edirlər.
Sözügedən ölkədəki seminara qatılan Aslan Kərimovun bu haqda Fanat. Az-a açıqlaması belə oldu:
"Hazırda fitneslə bağlı seminardır. Bir neçə ölkələr UEFA fitnes kursları keçməlidirlər. UEFA-da fitnesin lisenziyası ilə bağlı tədbirdir. Burada müzakirələr olacaq ki, necə başlayaq. Tədbirdə İtaliya, Kosova və digər ölkələr iştirak edir".
Qeyd edək ki, Aslan Kərimov AFFA-da Pro kateqoriyalı məşqçi kurslarının təlimatçısıdır.
Nahid Məmmədov