Futbol tarixinin ən etibarlı müdafiəçilərindən biri olan braziliyalı Kafu çətin günlər yaşayır.
Fanat.Az “Corriere Della Sera”-ya istinadən xəbər verir ki, maddi problemlər yaşayan veteran futbolçu evini satmalı olub.
Mənbənin məlumatın görə, real dəyəri 8 milyon dollar olan ev təxminən 5 milyona satılıb. 45 gün ərzində evini tərk etməli olan Kafu yaşadığı evin müsadirə olunmasının qarşısını almaq istəsə də, məcburi satış baş tutub.
2019-cu ildən problemli sərmayələr səbəbindən sıxıntı yaşayan Kafu daha əvvəl beş evini satmalı olub.
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.
Nahid Məmmədov