Samara "Krılya Sovetov"unun müdafiəçisi Qlenn Beyl Rusiya Premyer Liqasının 18-ci turunda paytaxtın "Spartak"ı ilə keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən niderlandlı futbolçu "xalq komandası"na meydan oxuyub.
“İlin son məşqi. "Spartak", hazırlaş, biz sənin üçün gəlirik!"
"Spartak" - "Krılya Sovetov" matçı şənbə günü, dekabrın 9-da, "Otkritie Bank Arena" stadionunda keçiriləcək.
17 turdan sonra “qırmızı-ağlar” Premyer Liqanın turnir cədvəlində yeddinci, samaralılar isə dördüncü pillədə qərarlaşıb.
Mirağa