"Napoli"nin sabiq çalışdırıcısı, hazırda İtaliya millisinin baş məşqçisi olan Luçano Spallettinin əməyi Neapol şəhərinin fəxri vətəndaşı olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.
Spallettinin rəhbərliyi altında "Napoli" 33 illik fasilədən sonra İtaliya A Seriyasında çempionluq sevinci yaşayıb. Ötən mövsüm qazanılan uğur sözügedən klubun 3-cü çempionluğu kimi tarixə düşüb.
Sözügedən mütəxəssis bu ilin yayından İtaliya yığmasına rəhbərlik edir.