Birinci Liqanın 10-cu turunda "Zaqatala" doğma meydanda "Ağsu Difai"ni qəbul edib. Görüş ev sahibi komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyunda qalibiyyətimiz daha çox uşaqların istəyi ilə bağlı idi. Həftəiçi çox yaxşı məşq etmişdilər. Komanda son vaxtlar yaxşı çıxış edir. Həm fiziki, həm də taktiki baxımdan uşaqlar bizim nə demək istədiyimizi anlayıb. Rəqibin yeni oyunçuları var idi. Bu komanda sonuncu pillədə getməyə layiq deyildi. İnanıram ki, bundan sonra bir çox komandalara baş ağrısı olacaqlar. Texniki səhvlərdən qollar buraxdıq. Qələbəyə inam oyunda geridönüş etməyə imkan verdi".
Nahid Məmmədov