"Qvadalaxa"ranın hücumçusu Aleksis Veqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, ESPN 26 yaşlı forvardın "Əl-İttifaq"a keçəcəyini iddia edib.
Mənbənin məlumatına görə, Stiven Cerrardın rəhbərlik etdiyi klub futbolçuya illik 7 milyon avro maaşla müqavilə təklif edib.
Meksikalı ilə Rusiya nəhəngləri "Spartak" və "Zenit"in də maraqlandığı bildirilir.
Veqa bu mövsüm "Qvadalaxara"nın heyətində Meksika çempionatında 12 oyun keçirib və 1 qol vurub. Transfermarkt onun dəyərini 7 milyon avro qiymətləndirir.
Mirağa