"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın sabiq yarımmüdafiəçisi, hazırda "Betis"də çıxış edən İsko ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Betis" ilə La Liqa matçından əvvəl keçirilən mətbuat konfransında bu barədə danışıb:
“İskonu izləyirəm, o, öz səviyyəsinə qayıda bilib. Mən ona görə şadam. O, ən çox nəzarət etməli olacağımız oyunçulardan biri olacaq”.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 20 matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə verib.
La Liqanın 16-cı turunun “Betis” – “Real” oyunu bu gün, dekabrın 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Mirağa