"Barselona" yanvarda yeni dayaq yarımmüdafiəçisi ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Mənbənin məlumatına görə, "blauqrana" gözünü müqaviləsinin müddəti yayda başa çatacaq "Lester"in yarımmüdafiəçisi Uilfred Ndidiyə dikib.
"Barselona" Fil Dişi Sahilindən olan futbolçunun transferini yanvarda başa çatdırmaqda qərarlıdır.
26 yaşlı Ndidi bu mövsüm Çempionşipdə 15 matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, İngiltərə Premyer Liqasında 7 mövsümdür çıxış edir.
Mirağa