İtaliyanın "Yuventus" klubu heyətini ukraynalı oyunçu ilə - "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakovla gücləndirməyə yaxındır.
Fanat.Az "TuttoJuve"yə istinadən xəbər verir ki, Donetsk təmsilçisi 21 yaşlı futbolçu üçün 25 milyon avrodan çox istəməyəcəyi halda, transfer bu qış reallaşa bilər.
Xəbərə görə, Turin klubu Sudakovu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək variantını da nəzərdən keçirir.
Cari mövsüm "Şaxtyor" forması ilə bütün turnirlərdə 17 matça çıxan Sudakov 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.