13:17 10.12.2023 548

Papunaşvili axır ki, danışdı: "Mən daha artığına qadirəm"

“Kəpəz”in gürcü yarımmüdafiəçisi Georgi Papunaşvili "Qəbələ" üzərində qazandıqları qələbədən (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, qollardan birinə imza atan müdafiəçi öncə oyunu dəyərləndirib:

"Bilirdik ki, çox vacib oyundur. Çünki turnir cədvəlində “Qəbələ” ilə qonşuyduq. Buna 6 xallıq oyun da demək olardı. Matça çox ciddi hazırlaşmışdıq. Qələbəyə, vurduğum qollarla komandamın qələbəsində pay sahibi olduğuma görə xoşbəxtəm. İndi irəli baxmalı, növbəti oyunları düşünməliyik.

Əlbəttə, rəqibin azlıqda qalması işimizi asanlaşdırdı. Düzdür, qırmızı vərəqəyə qədər də hesabda öndə idik. Lakin azlıqda qaldıqdan sonra rəqib daha çox boşluqlar verməyə başladı ki, bu da işimizə yaradı. Daha rahat oynadıq və 3:0 hesablı qələbə qazandıq. Onu da deyim ki, dördüncü, beşinci qolları da vura bilərdik. Bir qədər dəqiqlik çatmadı".

Papunaşvili baş məşqçi dəyişikliyinin komandaya nə dərəcədə təsir etdiyi barədə sualı belə cavablandırıb: "Yeni məşqçinin gəlişi yeni oyun fəlsəfəsi deməkdir. Biz birlikdə irəliləməyə çalışırıq. Məşqlərdə səylə işləyirik. Hələ çox şey üzərində işləməliyik. Lakin “Qəbələ” üzərində qələbə göstərdi ki, düzgün yoldayıq. Çünki biz çətin səfər matçında çox gözəl oyun sərgilədik. Hər kəs meydanda vuruşurdu. İnanıram ki, əziyyətimizin bəhrəsini gələcək oyunlarla da görəcəyik". 

Dubl edən oyunçu daha artıq performans sərgiləməyə qadir olduğunu bildirib: "Hər zaman demişəm ki, uğur qazanmaq üçün komanda oyunu lazımdır. Çünki dəstək olmasa, qol vurmaq, yaxud məhsuldar ötürmə vermək qeyri-mümkündür. Biz birlikdə irəliləməliyik. Performansıma, bu, əsl Papunaşvili deyil. Mən daha yaxşısına qadirəm".

Əcnəbi futbolçu növbəti turun oyunu - "Sumqayıt"la səfər matçı haqda düşündüklərini də deyib:

"Bizim üçün hər oyun vacibdir. Hazırkı tempi qoruyub saxlamalıyıq. Düşünürəm ki, Sumqayıt səfərində də “Qəbələ”yə qarşı oynadığımız kimi oynasaq, bu cür döyüşsək, həmin səfərdən də 3 xalla qayıda bilərik. Bütün komanda olaraq mübarizə aparmalıyıq. Bunu bacarsaq, qələbənin ardı gələcək.

Sonda Papunaşvili müsahibəyə çətinliklə razılıq verməsinə də münasibət bildirib: "Mən utancaq deyiləm. Bunun xüsusi bir səbəbi yoxdur. Mətbuatla hər şey qaydasındadır".
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X