İdman24.az-ın məlumatına görə, İngiltərənin "Lids" klubunun hücumçusu bu qayıdışını barların birində bayram etməyə qərar verib.
Spirtli içkinin təsirindən sonra Diuf oradakı insanları təhqir etməyə başlayıb. Bu zaman onun hərəkətlərinə dözə bilməyən iki nəfər futbolçunu barın tualetinə apararaq orada möhkəm əzişdiriblər.
"Lids" klubundan verilən açıqlamada isə Diufun komandanın heyətinə qatıldığı və hər hansı döyülmə işarələri olmadığı bildirilib.
İdman24.az