İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Everton" - "Çelsi" qarşılaşması (0:2) maraqlı statistik məlumat dərc edilib.
Fanat.Az "Mozo Football"a istinadən xəbər verir ki, "zadəganlar"ın ukraynalı vingeri Mixail Mudrik təkbaşına rəqib komandadan çox qol epizodu yaradıb.
Belə ki, o, 5 dəfə meydan sahiblərinə çətin anlar yaşadıb. Ukraynalı oyunçu bu yöndə öz komanda yoldaşlarının da hamısından üstün görünüb.
Qeyd edək ki, hazırda 19 xalı olan "Çelsi" İPL-in turnir cədvəlində 12-ci, 13 xala malik "Everton" isə 17-ci pillədədir.
Nihat