Mərakeş millisinin və "Sevilya"nın oyunçusu Yusif Ən-Nəsiri yenidən "Milan"ın transfer siyahısına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya nəhəngi hücumçunun transferi üçün cəlbedici təklif irəli sürməyə hazırlaşır. "Rossoneri" keçən yay Yusif ilə müqavilə imzalamağa çalışsa da, sonradan razılaşma baş tutmayıb.
Ən-Nəsirinin bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Mərakeşlinin "Sevilya" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyunun sonunda başa çatacaq.
İspaniya çempionatının bu mövsümündə hücumçu 14 oyun keçirib və 5 qol vurub.
Mirağa