Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.
Fanat.Az xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.
Bundan başqa, arenanın daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.
Artıq stadionda tribunanın üzərinə "Xankəndi" də yazılıb.
Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.