"Barselona"nın prezidenti Joan Laporta dekabrın 14-də klubun idman direktoru Deku ilə görüşəcək.
Fanat.Az xəbər verir ki, "Bar Canateles" yayıb.
Xəbərə görə, Laporta Deku ilə cari mövsüm arzulanan performansla diqqət çəkməyən baş məşqçi Xavinin fəaliyyətini, onun rəhbərliyi altında komandanın sabit görünməməsini müzakirə edəcək. Mənbə görüşə Dekunun sağ əli sayılan Alexandro Eçevariyyanın da qatılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, 16 tura 34 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Blauqrana" lider "Jirona"dan 7 xal geri qalır.