Amerikanın "İnter Mayami" klubu qışda Səudiyyə Ərəbistanında qastrol səfərinə yollanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Lieonel Messinin komandası Müqəddəs ölkənin ən məşhur iki klubu - “Əl-Hilal” və “Ən-Nəsr”lə yoldaşlıq oyunu keçirəcək.
Hər iki qarşılaşma Ər-Riyadda, "Kingdom Arena"da baş tutacaq.
"Əl-Hilal"la matç yanvarın 29-da keçiriləcək. Təəssüf ki, Messinin "Barselona"da və PSJ-də komanda yoldaşı olmuş Neymarla üz-üzə gəlməsi reallaşmayacaq. Buna səbəb braziliyalı ulduzun zədəli olmasıdır.
Fevralın 1-də isə "Son rəqs" adlandırılan duel baş tutacaq: Messi vs Ronaldu.
Mirağa