"Globe Soccer Awards" ilin ən yaxşı qapıçısı adına yekun namizədlərin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar Yassin Bono ("Əl-Hilal"), Tibo Kurtua ("Real Madrid"), Ederson ("Mançester Siti"), Mik Menyan ("Milan"), Andre Onana ("Mançester Yunayted") və Mark-Andre ter Ştegendir ("Barselona").
Xatırladaq ki, bu tədbir Avropa Klublar və Futbol Agentləri assosiasiyası tərəfindən təşkil edilir. Mükafatlandırma mərasimi adətən dekabrın son günlərində Dubayda keçirilir.