Almaniyanın “Ayntraxt Frankfurt” klubu “Mançester Yunayted”in ingilis yarımmüdafiəçisi Donni van de Beki transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, söhbət 26 yaşlı niderlandalının icarəsindən gedir. Klublar arasında danışıqlar həlledici mərhələyə doğru gedir. İspaniyanın “Jirona” klubu da Van de Beki icarəyə götürməkdə maraqlıdır.
Donni van de Bek bu mövsüm "Mançester Yunayted"in heyətində cəmi iki matçda iştirak edib. Üstəlik, onun adı klubun Çempionlar Liqası üçün iştirak ərizəəsinə daxil edilməyib.
Mirağa