Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Qalatasaray"ı məğlub edərək (1:0) pley-offa yüksələn "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA-nın rəsmi saydına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 35 yaşlı danimarkalı mütəxəssis belə danışıb:
"Bu turnirdə mübarizəyə başlayanadan özümüzə inanırdıq. Kimsə nəticəmizə ağız büzə bilməz. Bu haqq etdiyimiz qrup ikinciliyidir. Altı oyundan sonra qrupun ən yaxşı ikincisi olduq.
Oyunçularımla fəxr edirəm. Çox çətin işin öhdəsindən gəldik. İnanın ki, fikrimi ifadə etməyə çətinlik çəkirəm. "Bayern Münhen", "Mançester Yunayted" və "Qalatasaray"ın yer aldığı qrupdan çıxa bilirsinizsə, deməli, hələ irəliləmək şansınız var. Belə düşünməsək, yəqin ki, uduzarıq".
Nihat