"Barselona"nın baş məşqçisi Xavi bu axşam "Antverpen"lə keçiriləcək ÇL oyunu üçün heyətdə son dəqiqə dəyişikliyi edib.
Fanat.Az xəbər verir ki, "Kataloniya" radiosu Xavinin bu addımı klub prezidenti Joan Laportanın göstərişi ilə atdığını iddia edib.
İspaniya mətbuatı hadisəni ciddi presedent kimi qələmə verib. Çünki indiyədək "Barselona"da prezidentin məşqçinin işinə qarışması və kimin oynayacağını müəyyənləşdirməsi halı baş verməyib.
Xavi ötən gün mətbuat konfransında Robert Levandovski, Ronald Araujo və İlkay Gündoğanın Barselonada qalacağına və Belçikaya getməyəcəyinə qərar verdiyini açıqlamışdı. Lakin o, klub prezidentinin təzyiqi ilə qərarını dəyişib. Laporta müdaxiləsini komandanın bir yerdə və ən güclü heyətdə olmasını istəməsiylə izah edib.
"Barselona" Çempionlar Liqasının qrupunda birinci yeri təmin edib və üç ildən sonra pley-off mərhələsinə adlayıb.
Mirağa