Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Srvena Zvezda" ilə qarşılaşacaq “Mançester Siti”nin tərəfdarları hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, insident Belqraddakı pablardan birində yaşanıb.
“Srvena Zvezda”nın fanatları olduğu iddia edilən yerli xuliqanlar ingilislərə hücum ediblər. Dava zamanı ciddi xəsarət alan olmayıb. Polis iğtişaşın böyüməsinin qarşısını alıb.
13.12.2023, Delije🇷🇸 attack Manchester City🏴 in Belgrade. Manchester City was inside a pub //t.co/Fjy3xrlEmQ pic.twitter.com/GSbU8cBQzj
— Hooligans.cz Official (@hooliganscz1999) December 13, 2023