21:17 13.12.2023 469

“Futbolçularıma inanıram” - Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ” – “Hakken” oyunu öncəsi Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

"Bu il Avropa Liqasında son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçuların demək olar ki, oyuna tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də qarşılaşmaya çox ciddi yanaşdığını görürük. Qrupu xalsız tərk etmək istəmirlər. Biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını göstərməyə cəhd edəcəklər. Futbolçularıma inanıram. Matça qədər futbolçularımıza daha ətraflı məlumat verəcəyik”.

Qurban Qurbanov heyət barədə də danışıb: “Çox istəyərdim ki, bu oyunda hamı, o cümlədən də, Kevin Medina iştirak etsin. Qrupda ikinci yerdə olmaq şansımız varsa, futbolçuların hamısı bunu haqq edib. Əfsuslar olsun ki, Kevin Bakıda da olmayacaq. O, dünən əməliyyat edilib. Müdafiəçi ilə danışdım. Bakıda olmağı çox istəyirdi. Dedi ki, hiss edin yanınızdayam. Medina əsas oyunçularımızdan biridir. Lakin bu gün sırf oyun barədə düşünməliyik. Olan problemi necə aradan qaldırmaq haqda fikirləşməliyik. İnanıram ki, digər oyunçular bunu bacaracaqlar. Dəfələrlə görmüşük ki, 2-3 əsas oyunçumuz olmayıb, amma digərləri onları çox düzgün, çox bacarıqlı sığortalaya biliblər. Medinaya da tezliklə geriyə dönməyi arzulayırıq. Marko Veşoviçə gəlincə, normal durumdadır. Əgər hər şey qaydasında olsa, meydana çıxacaq”.

Qurban Qurbanov UEFA Avropa Liqasının pley-offuna çıxmaq şansına da toxunub: “İlk dəfə deyil ki, belə vəziyyətlə üzləşmişik. Bir neçə dəfə son matçda şanslarımız olub. Hətta son saniyələrdə nəticəni əldən vermişik. Bu gün də şansımız var. Futbolçularımla danışıram və istək çoxdur. Bütün azarkeşlərdə, sizdə, futbol ictimaiyyətində də həmçinin. Bunlar narahat olduğumu məqamlardır. Biz çox soyuqqanlı olmalıyıq. Səhvimizin az olmasına çalışmalıyıq. Rəqibə necə hazırlaşırıqsa, hansı hücumları qurmalıyıqsa, bunu düşünməliyik. Futbolçular bunu yerinə yetirməlidir. Şansımız var ki, bundan istifadə edək. Futbolçular sabah çalışmalıdır ki, ən təcrübəli və düzgün oyunlarını göstərməlidirlər. Bunu bacaracaqlarına əminəm”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X