"Liverpul"un sabiq müdafiəçisi, hazırda "Brayton"un formasını geyinən Ceyms Milner "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun oyunların fasilələrində futbolçularla necə davrandığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, jurnalist Deyv Okkop Milnerin dediklərini şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"Klopp fasilə zamanı emosiyaları bölüşəcəyiniz biri deyil! Yadımdadır, bir dəfə o, öz fikrini dedi. Düşündüklərimi dilə gətirərkən qışqırdı: “Lənət şeytana, bəlkə mumlayasan?!" Amma Yürgen möhtəşəmdir, o, əla insandır”.
Ceyms Milner 2015-2023-cü illər aralığında "Liverpul"da çıxış edib. Təcrübəli yarımmüdafiəçi yayda azad agent qismində "Brayton"a qoşulub. Bu mövsüm 37 yaşlı Milner İngiltərə Premyer Liqasında 10 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.