"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri 6 oyunun hamısını qələbə ilə başa vurmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin dediklərini şəxsu "X" hesabı üzərindən jurnalist Saymon Baykovski belə çatdırıb:
"Əlbəttə, 6 oyunda 6 qələbə qazandığımız üçün çox xoşbəxtəm. Ancaq buna görə hamıdan çox klubun baş direktoru və büdcəsi şaddır".
Qeyd edək ki, ÇL-də bütün komandalardan çox qol vuraraq pley-offa yüksələn "Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Çempionatının 16 turundan sonra "şəhərlilər"in 33 xalı var.