"Liverpul"un sabiq müdafiəçisi, hazırda "Sky Sports"un eksperti qismində çalışan Ceymi Karrager "Arsenal"ın müdafiəçisi Vilyam salibadan danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini " Arsenal Buzz" belə çatdırıb:
"Saliba yavaş-yavaş yalnız İngiltərə Premyer Liqasının yox, Avropanın ən güclü mərkəz müdafiəçilərindən birinə çevrilir. Vilyam fatntastik futbolçudur".
Qeyd edək ki, cari mövsüm İPL-də 16 matça çıxan 22 yaşlı Saliba 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.