"Barselona" yeni yarımmüdafiəçi transferi ilə bağlı danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Som|Serem FCB" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi Argentinanın "River Pleyt" klubunun 17 yaşlı futbolçusu Klaudio Eçeverrini heyətə qatmaq istəyir. Mənbə İspaniya nəhənginin bu keçid üçün Eçeverrinin müqaviləsində əksini tapan təzminat məbləğindən - 25 milyon avrodan daha çox ödəməyə hazır olduğunu vurğulayıb.
Cari mövsüm "River Pleyt"in əsas komandasında 5 oyuna çıxan Eçeverri 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin dekabrına qədər nəzərdə tutulub.
Nihat