“Roma”nın baş məşqçisi, əvvəllər “Real Madrid”, “İnter”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” kimi Avropa nəhənglərini çalışdıran Joze Mourinyu indiyə qədər rəhbərliyi altında oynayan futbolçulardan simvolik komanda yaradıb.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, portuqaliyalı karyerası ərzində çalışdırdığı ən yaxşı oyunçulardan belə "11-lik" qurub.
Qapıçı: Petr Çex;
Müdafiəçilər: Xavyer Zanetti, Con Terri, Rikardo Karvalyo, Uilyam Qalas;
Yarımmüdafiəçilər: Klod Makelele, Frenk Lempard, Məsut Özil;
Hücumçular: Kriştianu Ronaldu, Eden Hazar, Didye Droqba.
Mirağa