"Liverpul"un müdafiəçisi Carell Kuansa UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Belçika "Yunion"una uduzduqları (1:2) matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, komandasının yeganə qoluna imza atan 20 yaşlı mərkəz müdafiəçisinin dediklərini "Daily Mail" belə çatdırıb:
"Təəssüf ki, Joel Matipin başına belə iş gəldi. Zədələndiyi üçün üzgünəm, amma hədəfim onun yerini tutmaq, nəhayət ki, Premyer Liqada mərkəz müdafiəçisi mövqeyində oynamaqdır. İnkişaf etmək üçün bütün şanslarımdan faydalanmağa çalışıram. Mümkün olanın ən yaxşısını ortaya qoymaqda qərarlıyam".
Xatırladaq ki, xaçvari diz bağlarından ciddi xəsarət alan Matip böyük ehtimalla, cari mövsüm meydana çıxa bilməyəcək.