Rusiya 2024-cü ilin martında beynəlxalq yoldaşlıq görüşü keçirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Tanjuq" Serbiya Futbol Federasiyasındakı mənbəsinə istinadən yayıb.
Xəbərə görə, Rusiya və Serbiya yığmaları aralarında görüş razılaşdırıblar. Qarşılaşma martın 21-də və ya 22-də Sankt-Peterburqda keçirilə bilər.
Serbiya tərəfi bunun üçün UEFA və FİFA-nın razılığını almağa çalışacağına söz verib.
Görüş baş tutsa, bu, Rusiya millisinin məlum cəzadan sonra Avropa komandası ilə ilk oyunu ola bilər.
Mirağa