“Neftçi” Misli Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar.
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-da başlayacaq.