Amerikanın MLS liqasında növbəti mövsümdən etibarən yeni qaydalar tətbiq ediləcək.
Fanat.Az xəbər verir ki, bunu çempionatı keçirən qurumun rəsmi saytı açıqlayıb.
Dəyişikliyə görə, zədə şübhəsi ilə ən azı 15 saniyə meydanda tibbi yardım alan futbolçu həkimlər briqadası tərəfindən kənara çəkiləcək və minimum 2 dəqiqə müalicə alacaq. Bu qayda zədələnmiş oyunçuya qayda pozuntusundan sonra sarı və ya qırmızı vərəqə göstərildiyi hallara şamil edilməyəcək.
Bundan başqa, əvəzlənmə zamanı meydanı tərk etməli olan oyunçu bunu 10 saniyə ərzində etməzsə, o zaman meydana girməli olan oyunçu 1 dəqiqə sonra kənarda qalacaq, yəni həmin komanda bir dəqiqə azlıqda oynayacaq. Qayda təkcə qapıçılar və zədəli futbolçulara şamil edilməyəcək.
Mirağa