Misli Premyer Liqasının 17-ci turunda "Araz-Naxçıvan" "Dalğa Arena"da "Sabah"ı qəbul edib. Görüş nominal meydan sahibi kimi çıxış edən Muxtar Respublika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən yaxşılarından olan Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox vacib qələbə idi. Mənim üçün bu qarşılama xüsusi oyun idi. Çünki sonuncu dəfə "Sabah"da çıxış etdikdən sonra Rusiyaya getməli olmuşdum.
Turnir cədvəlindəki mövqe baxmından da bizim üçün əhəmiyyətli matç idi. Çox səviyyəli və yaxşı kollektivə qarşı mübarizə apardıq. Favoritə qarşı istəkli oyandıq" Şadam ki, inamlı qələbə qazandıq".
Nahid Məmmədov