Rusiyanın ÇSKA klubu Uruqvay millisinin müdafiəçisi Bruno Mendes ilə müqavilə imzalayacaq
Fanat.Az xəbər verir ki, məlumatı RT yayıb.
Mənbənin məlumatına görə, mərkəz müdafiəçisi Bruno Mendes "Korintians"la müqaviləsini yeniləməyib.
Futbolçu ÇSKA-ya yanvarda keçəcək. 24 yaşlı uruqvaylının moskvalılarla müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. Futbolçunun qiyməti 6 milyon avrodur.
Mendeş Uruqvay millisində 6 oyun keçirib. O, Braziliya çempionatının cari mövsümündə 27 oyuna çıxıb.
Mirağa