Zədəli Robert Sançesə əvəzləyici axtaran "Çelsi"nin maraq dairəsinə düşən qapıçının kimliyi bilinib.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, "zadəganlar" "Arsenal"ın qapıçısı Aaron Remsdeylə elçi düşüblər.
Xəbərə görə, Premyer Liqa təcrübəsi olan qapıçı istəyən Maurisio Poçettino məhz Remsdeylin xidmətində maraqlıdır.
Bununla belə, mənbə "Arsenal"ın 25 yaşlı ingilis qapıçısını qışda başqa komandaya buraxmaq fikrində olmadığını vurğulayıb.
Remsdeyl bu mövsüm 9 matçda "çərçivə"də dayanıb və 9 qol buraxıb. Onun bazar dəyəri 32 milyon avrodur.
Mirağa