Birinci Liqanın 11-ci turunda "Zaqatala" səfərdə MOİK-lə qarşılaşıb. Görüş bölgə təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu :
"Rəqibin ciddi üstünlüyü yox idi. Məğlubiyyətin səbəbi azlıqda qalmağımız idi. İkinci hissəni 10 nəfərlə oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, qol imkanları da yaratdıq. Say üstünlüyündən istifadə edən rəqib son dəqiqələrdə qol vurdu. Birinci hissə indiyənə qədər oynadığımız ən yaxşı hissə idi".
Nahid Məmmədov