Qış transfer dövründə heyətinə ulduzlar qatmağı hədəfləyən "Beşiktaş" yeni hücumçusunu Fransada tapıb.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, ilk növbədə hücum xəttini gücləndirməyi hədəfləyən "ağ-qaralar" Fransa nəhəngi PSJ- nin 21 yaşlı hücumçusu Hüqo Ekitikeni heyətinə qatmaq istəyir.
Mənbənin məlumatına görə, İstanbul klubu bu mövsüm PSJ-də az şans qazanan fransız futbolçunu icarəyə götürmək fikirindədir.
Qeyd edək ki, Paris klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan 21 yaşlı forvardın hazırkı bazar dəyəri 15 milyon avrodur.
Bu mövsüm o, PSJ-nin heyətində cəmi 1 matçda meydana çıxıb və 8 dəqiqə meydanda olub.
Nahid Məmmədov