Birinci Liqaın 11-ci turunda "Karvan" Şamaxıda nominal meydan sahibi qismində çıxış edən "Ağsu Difai" ilə üz-üzə gəldi. Görüş Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:
"Bilirsiniz ki, çempionat oyununda və kubokda qarşılaşmışdıq deyə rəqibi yaxşı tanıyırıdıq. Buna görə rəqibin nə qədər qapalı oynadığını da bilirdik. "Ağsu Difai"nin əks-hücuma üstünlük verəcəyindən də xəbərimiz var idi. Üç xal itirdiyimizə görə üzülürük. Biz etiraf edək ki, "Difai" yerli və əcnəbi futbolçularla güclənib. Biz də istəməzdik ki, məğlub olaq. Çempionat oynunda biz son dəqiqələrdə qol vurub qalib gəldiyimiz halda, bu dəfə idman xoşbəxtliyi rəqibin tərəfində oldu. Son dəqiqədə yerinə yetirilən künc zərbəsi zamanı səhlənkarlıq etdik və rəqib üç xal qazandı. "Difai" bütün üst yerlərdə olan komandalar üçün başağrısı olacaqdır. Yenə də heç nə itiriməyib. Kubok oyununda "Sumqayıt" la qarşılaşacağıq, çempionatda isə "Zaqatala" ya qarşı matçımız var. Çalışacağıq ki, hər iki oyunda yaxşı çıxış edək".
Nahid Məmmədov