"Brentford"un hücumçusu Ayvan Toninin hansı Avropa nəhənginə keçməyə daha yaxın olduğu açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiya tanınmış insayder Fabritsio Romanoya məxsusdur.
Məlumatda Toninin karyerasını London "Arsenal"ında davam etdirmək variantını digərlərindən üstün tutduğu vurğulanıb. Mənbə transferin gələn ay və ya cari mövsümün sonunda reallaşa biləcəyini açıqlayıb.
Xatırladaq ki, Ayvan bu ilin mayında mərc oyunları ilə bağlı reqlamenti pozduğuna görə 8 ay müddətinə futboldan kənarlaşdırılıb. Onun diskvalifikasiya müddəti yanvarın 16-da başa çatacaq.