"Mançester Yunayted"in qapıçısı Andre Onana ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, kamerunlu qolkiperin dediklərini "Sky Sports" belə çatdırıb:
"Düşünürsünüz ki, ötən mövsüm Çempionlar Liqasının ən yaxşı qapıçısı yarım ilə ən pisə çevrilə bilər? Yox! Hər şey müvəqqətidir. Bilirəm ki, işlər qaydasına düşəcək. Bu gün olmasa, sabah, sabah olmasa, birigün... Hə, indi karyeramın ən yaxşı dönəmini yaşamıram. Tənqidə gəlincə, bu, pis bir şey deyil, tənqidlə barışmaq lazımdır".
Xatırladaq ki, MY Onananı bu yay "İnter"dən transfer edib.