"Beşiktaş"da uğursuz nəticələr göstərən Rza Çalımbayla fasilədə yolların ayrılması planlaşdırılır.
Fanat.Az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul klubu son olaraq “Tottenhem”i çalışdırmış Antonio Konte ilə danışıqlar aparıb.
Məlumata görə, "ağ-qaralar"ın funksionerləri ilə italiyalı arasında maliyyə baxımından razılığa gəlmək mümkün olmayıb.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis daha əvvəl "Yuventus", "Atalanta", "Çelsi", "İnter" kimi klubların sükanı arxasında olub.
Nahid Məmmədov