"Real Madrid" hücum xəttini gücləndirmək üçün qış transfer pəncərəsinin açılmasını gözləyir.
Fanat Az "Sportskeeda" ya istinadən xəbər verir ki, Madrid nəhənginin bir neçə planı var.
"A planı" Kilian Mbappedir ki, fransız forvarddan cavab almaq üçün 15 gün vaxt verən "Kral klubu"nun ikinci variantı Erlinq Holanddır.
Ulduz forvard almağı qarşısına məqsəd qoyan və bunun üçün böyük maliyyə ayıran "Real" hətta "C planı" üçün 130 milyon avro xərcləməyi planlaşdırır. Belə ki, "Kral klubu" Mbappe və Holand ilə müqavilə imzalaya bilməsə, "Napoli"nin hücumçusu Viktor Osimheni heyyətinə cəlb edə bilər.
24 yaşlı nigeriyalı bu mövsüm 12 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov