"Salernitana"nın hücumçusu Bulaye Dia karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Tribal Football" yayıb.
Xəbərə görə, Dianın xidmətində London "Arsenal"ı maraqlıdır. Mənbə "Salernitana"nın 27 yaşlı oyunçunu 22 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, İtaliya klubu Dianı bu yay "Vilyarreal"dan alıb. İspaniya təmsilçisinə bu transfer üçün 12 milyon avro ödənilib.