"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda - "Vilyarreal"la oyunda (4:1) zədələnən müdafiəçi David Alabanın mövqeyinə yeni oyunçu transfer etmək istədiklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, jurnalist Florian Plettenberq italiyalı mütəxəssisin sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Yeni transferlə bağlı yaxın günlərdə qərar veriləcək. Yanvarda hansısa futbolçunu heyətə qatıb-qatmayacağımızı biləcəyik".
Xatırladaq ki, Alabanın xaçvari diz bağları qopub. Avstriyalı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.