"Roma"nın baş məşqçisi Joze Mourinyu A seriyasının 16-cı turunun "Bolonya" ilə oyunundan sonra komandanın üzvü Renatu Sançeşdən üzr istəyib.
Fanat.Az "Football İtalia"-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis fasilədən sonra meydana buraxdığı yarımmüdafiəçini 64-cü dəqiqədə əvəzləyib.
"Mən Sançeşdən hamının qarşısında üzr istəmək istəyirəm. Baxmayaraq ki, bunu etmək məcburiyyətində idim. Bu, məşqçinin özünə qarşı daha sərt tədbirdir. Karyeramda bunu üç-dörd dəfə etmişəm. Üzr istəyirəm”.
Qeyd edək ki, 37 və 49-cu dəqiqələrdə qol buraxan "Roma" səfərdə "Bolonya"ya 0:2 hesabı ilə uduzub.
Mirağa