"Liverpul"un yarımmüdafiəçisi Tyaqo Alkantara İngiltərə Premyer Liqasını tərk edərək karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Trabzonspor" 32 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
Tyaqonun mersisaydlılarla hazırki müqaviləsinin müddəti gələn ilin ortalarına kimi hesablanıb. Alkantaranın transfer qiyməti 12 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, 32 yaşlı Tyaqo 2020-ci ildən "Liverpul"dadır. İspaniyalı futbolçu İngiltərə çempionatının bu mövsümündə bir oyuna belə çıxmayıb. Ötən Premyer Liqada isə yarımmüdafiəçi 18 oyun keçirib və iki sarı vərəqə alıb.
Mirağa